Davit Volkov “Zirə”nin heyətində yubiley qolunu vurdu

23 Noyabr 2026 11:32
53
Davit Volkov “Zirə”nin heyətində yubiley qolunu vurdu

Davit Volkov “Zirə” futbol komandasının heyətində 50-ci qolunu vurub.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, bu yubiley Misli Premyer Liqasının 12-ci turuna təsadüf edib. Gürcüstanlı hücumçu “İmişli” ilə səfər görüşündə (2:2) qol sevinci yaşayıb.

Volkov qəsəbə təmsilçisinin heyətində meydana çıxdığı 156-cı matçda “50”yə çatıb. Premyer Liqada 42 (124 oyun) dəfə fərqlənən forvard ölkə kubokunda 3 (18 oyun), avrokuboklarda 5 (14 oyun) dəfə rəqib qapılarına yol tapıb.

Qeyd edək ki, “Zirə”də ilk qolunu 2020-ci il matın 8-də “Səbail”lə səfərdəki çempionat matçında vuran hücumçu klubunun tarixinin ən yaxşı bombardiridir.

İdman.Biz