“Bavariya” futbol klubu “Mançester Siti”nin hücumçusu Erlinq Holanda maraq göstərmir.
İdman.Biz xəbər verir ki, jurnalist Kristian Falk alman klubunun norveçli futbolçu ilə bağlı xəbərləri niyə yalan hesab etdiyini açıqlayıb.
Onun sözlərinə görə, “Bavariya” Harri Keynlə müqavilənin uzadılması üzrə danışıqlara fokuslanıb. İngiltərə millisinin hücumçusu ilə yeni sazişin iki və ya üç il müddətinə imzalanması gözlənilir.
Bundan əlavə, Münhen klubu Holandın “Mançester Siti”də aldığı və illik təxminən 35 milyon avro təşkil edən maaşı ödəməyə hazır deyil. Mümkün transfer məbləği və imza bonusu da nəzərə alınmayıb.
Falkın məlumatına görə, “Bavariya” Keynin çıxışından razıdır və Holand üçün komandada yer görmür.
