Fuente Ronaldunun Portuqaliya millisindən gedişinə münasibət bildirmək istəmədi

3 Oktyabr 2026 00:43
85
Fuente Ronaldunun Portuqaliya millisindən gedişinə münasibət bildirmək istəmədi

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Kriştianu Ronaldunun Portuqaliya yığmasının düşərgəsini tərk etməsi ilə bağlı danışıb.

İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis “Marca”ya açıqlamasında hadisəyə qiymət verməkdən imtina edib. O, baş verənlərlə bağlı tam və etibarlı məlumata malik olmadığını söyləyib.

“Mən bunu şərh edə bilmərəm, çünki əlimdə etibarlı məlumat yoxdur. Lakin hər bir vəziyyət unikaldır və təkrarolunmazdır”, –-de la Fuente deyib.

Baş məşqçi Jorje Jezuşun Ronaldunun gedişi ilə bağlı heç bir münaqişənin olmadığını bildirməsinə baxmayaraq, portuqaliyalı hücumçu Danimarka ilə oyundan əvvəl milli komandanın düşərgəsini tərk edib. Daha əvvəl Jezuş Ronaldunun bu görüşdə iştirak etməyəcəyini açıqlamışdı.

Ronaldunun olmadığı oyunda Portuqaliya Danimarkanı səfərdə 4:2 hesabı ilə məğlub edib. Qalib komandanın qollarını Joau Kanselu, Qonsalu Ramuş, Vitinya və Joau Feliks vurublar.

Hadisədən sonra Portuqaliya mediası Ronaldunun milli komandadakı karyerasını başa vura biləcəyi barədə məlumat yayıb.

İdman.Biz