“Tottenhem” “Brayton”un futbolçusu Kaoru Mitomaya maraq göstərir.
İdman.Biz “TEAMtalk”a istinadən xəbər verir ki, London klubunun baş məşqçisi Roberto De Zerbi daha əvvəl “Brayton”da birlikdə çalışdığı 29 yaşlı futbolçu ilə yenidən əməkdaşlıq etmək imkanını nəzərdən keçirir.
Mitomaya digər iddiaçı isə “Liverpul”dur. Mersisayd təmsilçisi də yaponiyalı oyunçunun vəziyyətini izləyir.
Mitomanın “Brayton”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Lakin futbolçu hələlik sözləşməni uzatmağa tələsmir.
Yaponiyalı vinger cari mövsümdə bud nahiyəsindən aldığı zədə səbəbindən meydana çıxmayıb və bərpa prosesini davam etdirir.
“Transfermarkt” Mitomanın bazar dəyərini 22 milyon avro (44 milyon manat) qiymətləndirir.
