Levandovski yeddi ildən sonra Polşa millisində het-trik etdi

3 Oktyabr 2026 01:38
82
Levandovski yeddi ildən sonra Polşa millisində het-trik etdi

Polşa millisinin hücumçusu Robert Levandovski UEFA Millətlər Liqasının Rumıniya ilə 6:0 hesablı qələbə ilə başa çatan oyununda het-trik edib.

İdman.Biz xəbər verir ki, 38 yaşlı futbolçu 24-cü, 47-ci və 86-cı dəqiqələrdə fərqlənib.

Levandovski üçün bu, son 11 ayda ilk het-trik olub. O, sonuncu dəfə 2025-ci il noyabrın 9-da “Barselona”nın heyətində “Selta”ya qarşı oyunda bir matçda üç qol vurub.

Bununla yanaşı, hücumçu təxminən yeddi ildən sonra ilk dəfə Polşa millisinin heyətində het-trik edib. Levandovski yığmada sonuncu dəfə 2019-cu il oktyabrın 10-da bir oyunda üç qol vurmuşdu.

Qeyd edək ki, Levandovski ötən mövsümün sonunda “Barselona”dan ayrılıb və iyul ayında “Çikaqo Fayr”a keçib. O, Amerika klubunda 15 matçda yeddi qol vurub.

İdman.Biz