UEFA Çempionlar Liqasında “Sabah”ın rəqibi olacaq İspaniyanın “Barselona” klubunun Bakı səfəri üçün heyəti açıqlanıb.
İdman.Biz xəbər verir ki, heyətə daxil lan futbolçuların siyahısı klubun rəsmi sosial şəbəkə hesabında dərc edilib.
Paylaşılan siyahıda qapıçılar Joan Qarsiya, Voyçex Şçensnı və Dominik Livakoviç, müdafiəçilər Joao Kanselo, Alexandro Balde, Pau Kubarsi, Jerard Martin, Jül Kunde, Erik və Kampos yer alıblar.
Yarımmüdafiəçilər sırasında ispaniyalı Brian Farinas, Qavi, Fermin Lopes, Pedri, Dani Olmo, niderlandlı Frenki de Yonq və Mark Bernalın adları var.
Hücum xəttində isə braziliyalı Qabriel Jezus və Rafinya, almaniyalı Karim Adeyemi, ingiltərəli Entoni Qordon və belçikalı Cessi Bisivu yer alıblar.

Qeyd edək ki, “Barselona”nın ispaniyalı hücumçusu Lamin Yamal zədə səbəbindən Bakı səfərini buraxacaq. Klub futbolçunun sağ topuğunda narahatlıq olduğunu açıqlayıb.
Xatırladaq ki, Liqa mərhələsinin V turunun “Sabah” – “Barselona” matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Görüş saat 21:45-də başlayacaq. Çempionlar Liqasının əsas mərhələsində dörd turdan sonra “Barselona” doqquz xalla beşinci, “Sabah” isə üç xalla 31-ci pillədə qərarlaşıb.
