Luis Enrike “Atletiko”nun ulduzunu PSJ-də görmək istəyir

3 Oktyabr 2026 01:21
75
Luis Enrike “Atletiko”nun ulduzunu PSJ-də görmək istəyir

PSJ futbol klubu “Atletiko”nun yarımmüdafiəçisi Pablo Barriosla maraqlanır.

İdman.Biz “El Nacional”a istinadən xəbər verir ki, Paris klubunun baş məşqçisi Luis Enrike 23 yaşlı futbolçunun komandanın oyun üslubuna ideal uyğun gəldiyini düşünür. İspaniyalı mütəxəssis Barriosun gələcək inkişaf üçün böyük potensiala malik olduğuna inanır.

PSJ-də yarımmüdafiəçinin aktiv pressinq etmək, böyük həcmdə iş görmək, topu xətlər arasında irəli daşımaq və kombinasiyalı oyunda iştirak etmək bacarığı yüksək qiymətləndirilir.

Bununla belə, transferin reallaşması asan olmayacaq. “Atletiko” Barriosdan ayrılmaq niyyətində deyil. Madrid klubunun ilk təklifi rədd edəcəyi halda, PSJ-nin təklif etdiyi məbləği əhəmiyyətli dərəcədə artırması lazım gələcək.

Luis Enrike futbolçunun transferində israr edir və PSJ-nin “Atletiko” ilə razılığa gələ biləcəyinə ümid edir.

“Transfermarkt” Barriosun bazar dəyərini 55 milyon avro (110 milyon manat) qiymətləndirir.

İdman.Biz