“Bavariya”nın futbolçusu Camal Musialanın bazar dəyərində ciddi dəyişiklik baş verib.
İdman.Biz xəbər verir ki, Transfermarkt portalının son yenilənməsindən sonra 23 yaşlı futbolçunun qiyməti 20 milyon avro azalaraq 100 milyondan 80 milyon avroya (160 milyon avro) düşüb.
Buna baxmayaraq, Musiala Bundesliqanın və “Bavariya”nın ən bahalı futbolçuları sırasında ilk üçlükdə yer alır. Almaniyalı oyunçu bu göstəricidə yalnız komanda yoldaşları Maykl Olise və Aleksandr Pavloviçdən geri qalır.
Musiala cari mövsümdə “Bavariya”nın heyətində bütün turnirlərdə dörd oyuna çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib.
Onun Münhen klubu ilə müqaviləsinin müddəti isə daha dörd ildir.
