İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Millətlər Liqasının üçüncü turunda Çexiya ilə oyun öncəsi rəqib komandanın gücündən danışıb.
İdman.Biz “Marca”ya istinadən xəbər verir ki, İspaniya millisinin baş məşqçisi qarşılaşmanın asan keçməyəcəyini bildirib.
“Asan oyunlar olmur. Biz hər matçda əla oyun sərgiləməliyik. Bu, hər kəsi təəccübləndirə bilən çox çətin rəqibdir, amma onlar bizi təəccübləndirməyəcək”, – deyə de la Fuente vurğulayıb.
Komandalar arasında görüş oktyabrın 3-də İspaniyanın Oviedo şəhərindəki “Nuevo Karlos Tartyere” stadionunda keçiriləcək.
