“Liverpul”da ciddi itki: Alisson PSJ-yə qarşı matçları buraxacaq

3 Aprel 2026 16:42
137
“Liverpul”da ciddi itki: Alisson PSJ-yə qarşı matçları buraxacaq

İngiltərənin “Liverpul” futbol komandasının əsas qapıçısı Alisson zədə səbəbindən Çempionlar Liqası çərçivəsində PSJ ilə keçiriləcək vacib matçlarda iştirak edə bilməyəcək.

İdman.Biz xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Arne Slot rəsmi açıqlamasında bildirib.

Mütəxəssisin sözlərinə görə, braziliyalı qolkiperin zədədən tam sağalaraq qayıtması yalnız mövsümün son oyunlarında mümkün olacaq.

Ulduz futbolçunun yoxluğunda yaxın matçlarda “Liverpul”un qapısını gürcüstanlı qolkiper Georgi Mamardaşvili qoruyacaq.

İdman.Biz