Müdafiəçi Daniel Karvahalın gedişindən sonra “Real Madrid”in yarımmüdafiəçisi Federiko Valverde gələn mövsüm komandanın ilk kapitanı olacaq.
İdman.Biz bu barədə “El Chiringuito”ya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, uruqvaylı futbolçu bu məsələdən "Kral Klubu"nun yarımmüdafiəçi Orelyen Tçuameni ilə dava etdiyinə görə onu 500 min avro cərimələməsindən sonra xəbərdar olub. Hücumçu Vinisius Juniorun “Real Madrid”in ikinci kapitanı, qapıçı Tibo Kurtuanın isə üçüncü kapitanı olacağı vurğulanır.
Cümə axşamı, 7 may tarixində Valverde ilə Tçuameni arasında məşq zamanı mübahisənin baş verdiyi və bunun soyunma otağında davaya səbəb olduğu bildirilib. Dava nəticəsində uruqvaylı futbolçu başından yaralanıb və xəstəxanaya aparılıb.
