Qvardiola artıq klubları çalışdırmayacaq – mənbə

19 May 2026 18:44
113
Qvardiola artıq klubları çalışdırmayacaq – mənbə

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola mövsümün sonunda İngiltərə klubundan ayrıldıqdan sonra karyerasına bir illik fasilə verəcək. 55 yaşlı mütəxəssisin klub futboluna qayıtması çox az ehtimal olunur.

İdman.Biz bildirir ki, bu jurnalist Serxio Qonsales yazıb.

Mənbənin məlumatına görə, Qvardiola yalnız milli komandadan təklif aldığı təqdirdə məşqçiliyə qayıtmağa hazır olacaq.

Vurğulanır ki, ispaniyalı mütəxəssisin yerinə “Mançester Siti”də onun keçmiş köməkçisi Entso Mareska gələcək və o, Qvardiolanın gedişindən bir gün sonra onun vəzifəsini icra etməyə razılıq verib.

Daha əvvəl bir neçə nüfuzlu şəxs Qvardiolanın bu yay “Mançester Siti”dən ayrılacağını bildirmişdi.

İdman.Biz