Millimizin üzvü “Sabah”ın mükafatlandırılma mərasimindən danışıb

19 May 2026 15:23
142
Millimizin üzvü “Sabah”ın mükafatlandırılma mərasimindən danışıb

“Sabah”ın yarımmüdafiəçisi Abdulla Xaybulayev Misli Premyer Liqasındakı və ölkə kubokundakı çempionluqdan danışıb.

Futbolçu söyləyib ki, kubokları bir-birinə bu qədər yaxın günlərdə qazanmaq çox xoşdur

“Kubokları bir-birinə bu qədər yaxın günlərdə qazanmaq çox xoşdur. Möhtəşəm mükafatlandırma mərasimini təşkil edən hər kəsə təşəkkür etmək istəyirəm. Hər şey çox təsirli və yaxşı təşkil olunmuşdu. Bu kimi qələbələr oyunçularda məsuliyyət hissini artırır” – millimizin futbolçusu “qızıl dubl” haqda “Sportal”a açıqlamasında qeyd edib.

Xaybulayev əlavə edib ki, yüksək nəticələrə nail olmaq asandır, amma onu qorumaq çətindir.

“Bir müddət daha zirvədə qalmaq istəyərdik” - deyə o əlavə edib.

İdman.Biz