Keçmiş baş məşqçisi “Qarabağ”ın yeni transferi Jali Muaddib barədə danışdı

19 May 2026 15:57
142
Keçmiş baş məşqçisi “Qarabağ”ın yeni transferi Jali Muaddib barədə danışdı

“Jali Muaddib “Qarabağ”ın əsas heyətində oynamaq üçün bütün keyfiyyətlərə sahibdir. Çox bacarıqlı futbolçudur”.

Bu sözləri Kiprin “Omoniya” (Aradipu) klubunun baş məşqçisi Marinos Satsias deyib.

O, komandasından “Qarabağ”a keçən fransalı vinger Jali Muaddib barədə danışıb.

“Muaddib top səviyyəli futbolçudur. Komandamda olduğu müddətdə formada olmasa belə, ona güvənirdim. Çünki daim inkişaf edirdi və komanda üçün əlindən gələni edirdi”, - deyə o futbolinfo.az-a açıqlamasında qeyd edib.

Satsias “Qarabağ” haqqında da fikirlərini bölüşüb:

“Qarabağ” elə bir klubdur ki, hər il çempionluq uğrunda mübarizə aparır. Düşünürəm ki, bu keçid Muaddib üçün Avropada oynamaq və çempionluq uğrunda mübarizə aparmaq baxımından çox yaxşı fürsətdir”.

Qeyd edək ki, “Qarabağ” ötən gün Jali Muaddiblə üç illik müqavilə imzalayıb.

İdman.Biz