Azərbaycan futbolunda Misli Premyer Liqasının 2025/26 mövsümündə meydana çıxan ən gənc futbolçunun adı bəlli olub.
İdman.Biz xəbər verir ki, bu göstərici “Kəpəz” futbol komandasının hücumçusu Raul İsaqova məxsusdur. Gənc oyunçu 32-ci turun “Araz-Naxçıvan”la səfər matçında şans qazanıb.
Raul İsaqov Premyer Liqada 16 yaş 162 günlüyündə debüt edib. O, qarşılaşmanın 81-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, “Kəpəz” səfər oyununda “Araz-Naxçıvan”a 0:2 hesabı ilə uduzub.
