“Qarabağ”ın Avropa Liqasında altı potensial rəqibi bilindi

19 May 2026 13:04
150
“Qarabağ”ın Avropa Liqasında altı potensial rəqibi bilindi

Avropa Liqasında ölkəmizi təmsil edəcək Ağdamın “Qarabağ” futbol klubunun potensial rəqiblərindən bəzilərinin kimliyinə aydınlıq gəlib.

İdman.Biz xəbər verir ki, Ağdam klubu püşkatma mərasimində səpələnmişlər səbətində qərarlaşacaq. Bu isə o deməkdir ki, təmsilçimiz ilk mərhələdə reytinq xalları baxımından özündən daha zəif rəqiblərlə qarşılaşacaq.

Onların üz-üzə gələ biləcəyi komandalardan bəziləri artıq məlumdur: “Jilina” (Slovakiya), “Novi Sad” (Serbiya), “Universitate Kluj” (Rumıniya), “Alyuminiy” (Bosniya və Herseqovina), “Derri Siti” (İrlandiya) və “Vestri” (İslandiya).

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasındakı yürüşünə I təsnifat mərhələsindən start verəcək.

İdman.Biz