Sergen Yalçından “Beşiktaş”a böyük jest: Milyonluq təzminatdan imtina etdi

19 May 2026 11:44
158
Sergen Yalçından “Beşiktaş”a böyük jest: Milyonluq təzminatdan imtina etdi

Türkiyəli məşqçi Sergen Yalçının “Beşiktaş” futbol klubundan ayrılarkən təxminən 250 milyon TL təzminatdan (9 milyon manat) imtina etdiyi məlum olub.

İdman.Biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, təcrübəli mütəxəssis klubdan heç bir təzminat da tələb etməyib.

Yalçının bu addımı “Beşiktaş” ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.

Türkiyəli məşqçi ayrılıqdan sonra qısa açıqlamasında “Başqa məşqçi maaş alar, amma biz almarıq. Biz “Beşiktaş”lıyıq, bu bizə yaraşmaz” sözlərini deyib.

O, həmçinin 2021-ci ildə klubdan ayrılarkən də 1,5 milyon dollarından keçdiyini açıqlayıb.

İdman.Biz