Jose Mourinyonun yenidən Madridin “Real” klubuna qayıdacağı ilə bağlı iddialar gündəmdədir.
İdman.Biz xəbər verir ki, “Kral klubu”nun son illərdəki məşqçi dəyişiklikləri maraqlı paralellə diqqət çəkib.
Belə ki, 2010-2016-cı illərdə komandaya ardıcıl olaraq Mourinyo, Karlo Ançelotti və Zinəddin Zidan rəhbərlik edib. 2020-2026-cı illər aralığında isə eyni ardıcıllığın tərsinə - Zidan, Ançelotti və Mourinyo variantının gerçəkləşə biləcəyi vurğulanır.
