“Liverpul” Van Deykin əvəzləyicisini Almaniyada tapdı

17 Noyabr 2026 20:23
40
“Liverpul” Van Deykin əvəzləyicisini Almaniyada tapdı

“Liverpul” müdafiə xəttinin gələcəyini düşünərək Vircil van Deykin mümkün əvəzləyicisini müəyyənləşdirib. İngiltərə nəhəngi “Ştutqart”ın 20 yaşlı futbolçusu Finn Yelçlə maraqlanır.

İdman.Biz almaniyalı jurnalist Kristian Falka istinadən xəbər verir ki, Mersisayd klubu gənc müdafiəçinin çıxışını izləmək üçün Almaniyaya skautlarını göndərib.

Yeltşlə “Liverpul”dan başqa, “Barselona” və “Bavariya” da maraqlanır. Münhen təmsilçisi futbolçuya karyerasını Almaniyada davam etdirmək imkanı yaratmaqla transfer mübarizəsində üstünlük qazana bilər.

20 yaşlı müdafiəçi 2025-ci ilin yayında “Nürnberq”dən “Ştutqart”a keçib. O, Sebastyan Hönessin rəhbərliyi altında 63 rəsmi qarşılaşmada iştirak edib. Yeltş həm mərkəz müdafiəçisi, həm də sağ cinah müdafiəçisi mövqeyində çıxış edə bilir.

“Liverpul”un yeni müdafiəçi axtarışına başlamasının əsas səbəblərindən biri Van Deykin gələcəyinin qeyri-müəyyən olmasıdır. 35 yaşlı niderlandlının müqaviləsi 2027-ci ilin iyununda başa çatacaq. Tərəflər arasında yeni sözləşmə ilə bağlı hələ razılıq əldə olunmayıb.

Bununla belə, Kristian Falk Yelçin növbəti klubunun İngiltərədən olacağına inanmır. Jurnalist hesab edir ki, gənc futbolçu karyerasında növbəti addımı atarkən Bundesliqada qalmağa üstünlük verə bilər.

İdman.Biz