“Mançester Yunayted”in istədiyi futbolçuya 80 milyon avro qiymət qoyuldu

17 Noyabr 2026 18:49
40
“Mançester Yunayted”in istədiyi futbolçuya 80 milyon avro qiymət qoyuldu

“Mançester Yunayted” Almaniya millisinin və “Nyukasl”ın müdafiəçisi Malik Tşaunu heyətinə qatmaqda maraqlıdır.

İdman.Biz “Sky Sport Germany”yə istinadən xəbər verir ki, İngiltərə nəhəngi 25 yaşlı futbolçunu 2027-ci ilin yay transfer pəncərəsində transfer edə bilər.

Lakin “Nyukasl” müdafiəçisini 80 milyon avrodan (təxminən 153 milyon manat) aşağı qiymətə satmaq niyyətində deyil. Almaniya millisinin üzvü ilə Avropanın digər aparıcı klubları da maraqlanır.

Tşau 2025-ci ildə “Milan”dan 35 milyon avroya transfer edilib. O, indiyədək “Nyukasl”ın heyətində bütün turnirlərdə 64 oyun keçirib, beş qol vurub və iki məhsuldar ötürmə edib.

Futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

İdman.Biz