“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo UEFA Çempionlar Liqasında “Sabah”la keçiriləcək səfər oyunu ərəfəsində sıraya qayıtmağa yaxındır.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 28 yaşlı ispaniyalı futbolçu bu gün komanda ilə birlikdə heç bir məhdudiyyət olmadan məşq edib. Bir gün əvvəl isə o, ümumi məşqin yalnız ilkin hissəsində iştirak etmişdi.
Olmo oktyabrın 20-də Çempionlar Liqasında PSJ ilə qarşılaşmada sol budunun yaxınlaşdırıcı əzələsindən zədə alıb. Həmin vaxtdan etibarən yarımmüdafiəçi Kataloniya təmsilçisinin dörd oyununu buraxıb.
Futbolçunun noyabrın 22-də İspaniya çempionatında “Vilyarreal”la görüşdə meydana qayıdacağı gözlənilir. Bu isə onun üç gün sonra Bakıda “Sabah”a qarşı oynamaq ehtimalını artırır.
Qeyd edək ki, “Sabah” - “Barselona” matçı noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Çempionlar Liqasının əsas mərhələsinin beşinci turuna təsadüf edən qarşılaşma saat 21:45-də başlayacaq.
