Qazaxıstan millinin niderlandlı baş məşqçisi ilə yollarını ayıracaq

17 Noyabr 2026 16:56
20
Qazaxıstan millinin niderlandlı baş məşqçisi ilə yollarını ayıracaq

Qazaxıstan Futbol Federasiyası (QFF) niderlandlı mütəxəssis Con vant Şkip ilə müqaviləni uzatmamaq qərarına gəlib.

İdman.Biz xəbər verir ki, bu barədə QFF-nin baş katibi Skott Mann məlumat verib.

“Conun müqaviləsi bu həftənin sonunda başa çatır. Onunla əməkdaşlığı davam etdirməyi planlaşdırmırıq”, – deyə Mann bildirib.

Bundan sonra federasiya AVRO-2028-in seçmə mərhələsində milli komandaya rəhbərlik edəcək yeni baş məşqçinin axtarışına başlayacaq. QFF gələcək çalışdırıcı ilə uzunmüddətli əməkdaşlıq qurmağı planlaşdırır.

Qeyd edək ki, Con vant Şkip 2026-cı ilin avqustunda Qazaxıstan millisinin baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda Millətlər Liqasında altı oyun keçirib, qələbə qazana bilməyib və üç xalla qrupda sonuncu yeri tutub.

İdman.Biz