Azərbaycan millisi iki ağır məğlubiyyətin əvəzini Farer adalarından çıxdı

17 Noyabr 2026 21:00
35
Azərbaycan millisi iki ağır məğlubiyyətin əvəzini Farer adalarından çıxdı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsini qələbə ilə başa vurub.

İdman.Biz xəbər verir ki, Serbiyanın paytaxtı Belqradda keçirilən qarşılaşmada yığmamız Farer adalarını 2:0 hesabı ilə məğlub edib.

“Vojdovaç” stadionunda baş tutan görüşdə hesabı 16-cı dəqiqədə “Sabah”ın futbolçusu Ümid Səlimov açıb. İkinci hissədə isə Belçikanın “Sent-Trüyden” klubunda çıxış edən Mustafa Kamara fərqlənib. O, 67-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasının üstünlüyünü artırıb.

Beləliklə, Azərbaycan millisi seçmə mərhələnin ikinci raundunda ilk qələbəsini qazanaraq üç xalla turniri başa vurub.

Xatırladaq ki, yığmamız əvvəlki qarşılaşmalarda Monteneqroya 2:7, ev sahibi Serbiyaya isə 0:4 hesabı ilə məğlub olmuşdu.

Komandamız üç görüşdə dörd qol vurub, qapısından 11 top buraxıb.

İdman.Biz