“Napoli”nin futbolçusu keçmiş klubuna qayıtmaqdan imtina edir

17 Noyabr 2026 20:38
22
“Napoli”nin futbolçusu keçmiş klubuna qayıtmaqdan imtina edir

“Napoli”nin yarımmüdafiəçisi Andre Zambo Angissa qış transfer pəncərəsində keçmiş klubu “Marsel”ə qayıtmağı planlaşdırmır.

İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, kamerunlu futbolçu hazırda bütün diqqətini Neapol təmsilçisindəki çıxışına yönəldib.

Məlumata görə, “Napoli”nin rəhbərliyi və məşqçilər korpusu da Angissanın oyununu yüksək qiymətləndirir. Klub futbolçunun komandadakı rolundan razıdır.

Angissa 2015-2018-ci illərdə “Marsel”in formasını geyinib. O, 2022-ci ilin yayında İngiltərənin “Fulhem” klubundan “Napoli”yə transfer olunub. Həmin keçid üçün İtaliya təmsilçisi təxminən 16 milyon avro ödəyib.

Transfermarkt portalına əsasən, kamerunlu yarımmüdafiəçinin hazırkı bazar dəyəri 15 milyon avrodur (30 milyon manat).

İdman.Biz