Azərbaycan Premyer Liqasında çıxış edən “Şamaxı” klubunun hücumçusu Kərim Rossi Qazaxıstan Premyer Liqası komandalarının maraq dairəsinə düşüb.
İdman.Biz xəbər verir ki, 32 yaşlı isveçrəli forvardla iki Qazaxıstan klubu yaxından maraqlanır. Mənbənin məlumatına görə, Rossi cari mövsüm “Şamaxı”nın heyətində 30 oyunda doqquz qol vuraraq diqqət çəkməyi bacarıb.
Bildirilib ki, futbolçuya təkcə Qazaxıstan klubları deyil, həmçinin Rusiya Premyer Liqası, Səudiyyə Ərəbistanı təmsilçiləri və Azərbaycan klubları da maraq göstərir.
Qeyd edək ki, Rossinin “Şamaxı” ilə müqavilə müddəti yayda başa çatır. Bu səbəbdən hücumçu komandadan azad agent kimi ayrıla bilər.
