Simone İndzaqi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun baş məşqçi postunu tərk edəcək.
İdman.Biz xəbər verir ki, buna iki əsas səbəb göstərilir. İlk növbədə, klub rəhbərliyi bəzi transferlərin nəticəsindən narazı qalıb. Belə ki, futbolçular italiyalı mütəxəssisin istəyi ilə transfer olunsalar da, gözlənilən nəticəni verməyiblər.
Digər səbəb isə “Əl-Hilal”da rəhbərliyin dəyişməsidir. Yeni rəhbərlik komandanı başqa mütəxəssisə həvalə etməyi planlaşdırır.
33 turdan sonra “Əl-Hilal” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Komanda lider “Ən-Nəsr” klubundan iki xal geri qalır və çempionluq şansını qoruyur.
İndzaqi 2025-ci ilin yayından “Əl-Hilal”a rəhbərlik edir.
