Kurtua İspaniya klubunun səhmdarı oldu

19 May 2026 09:36
129
Kurtua İspaniya klubunun səhmdarı oldu

Madridin “Real” klubunun qapıçısı Tibo Kurtua İspaniyanın “Ekstremadura” klubunun ortaq sahibi olub.

İdman.Biz xəbər verir ki, 34 yaşlı qolkiper özünün “NxtPlay” investisiya fondu vasitəsilə İspaniya klubunun səhmlərinin bir hissəsini alıb.

Bununla belə, klub prezidenti Daniel Tafur layihəyə rəhbərliyə davam edəcək.

Qeyd edək ki, Kurtua daha əvvəl Fransanın “Le Mans” klubunun da səhmlərini əldə etmişdi. Komanda mövsümün yekununda 2010-cu ildən sonra ilk dəfə Liqa 1-ə yüksəlib.

“Ekstremadura” isə mövsümü Dördüncü liqanın birinci pilləsində başa vurub.

İdman.Biz