“Siti”nin stadionundakı tribunalardan birinə Qvardiolanın adı veriləcək

19 May 2026 07:19
210
“Siti”nin stadionundakı tribunalardan birinə Qvardiolanın adı veriləcək

“Mançester Siti” Pep Qvardiolanın adını əbədiləşdirməyi planlaşdırır.

İdman.Biz xəbər verir ki, bazar ertəsi günü baş məşqçinin mövsümün sonunda komandadan ayrılma ehtimalının olduğu açıqlanıb.

ESPN-in məlumatına görə, “Etihad” stadionundakı tribunalardan birinə ispaniyalı mütəxəssisin adının verilməsi planlaşdırılır.

Qvardiola 2016-cı ildən “Mançester Siti”yə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 20 kubok qazanıb.

İdman.Biz