Uruqvaylı futbolçu Federiko Valverde “Real Madrid”lə müqaviləsinin müddətini uzatmaq barədə razılığa gəlib.Hazırda 2029-cu ilin yayına qədər müqaviləsi olan yarımmüdafiəçinin anlaşması 2031-ci ilə qədər uzadılacaq. Beləliklə, Madrid klubu kapitanına daha böyük etimad göstərib.
İdman.Biz xəbər verir ki, AS nəşrinin məlumatına görə, Montevideo şəhərindən olan və vaxtilə “Balaca quş” (El Pajarito) ləqəbi ilə tanınan futbolçunun indi 28 yaşı var. O, artıq kapitan sarğısı ilə komandanın aparıcı oyunçularından birinə çevrilib. “Real”a 18 yaşında, “Penarol”dan perspektivli futbolçu kimi gələn Valverde ən azı 33 yaşına qədər Madrid klubunda qalacaq.
Beləliklə, “Şahin” (El Halcón) ləqəbli futbolçu “Santyaqo Bernabeu”da uçuşunu davam etdirəcək.
Yeni müqavilə Valverdenin karyerasına, meydandakı çıxışına, liderlik keyfiyyətlərinə və müxtəlif mövqelərdə oynamaq bacarığına verilən qiymətdir. Xüsusilə sonuncu xüsusiyyət klub rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Əvvəllər bu mövqedə oynamağa müəyyən tərəddüdlə yanaşmasına baxmayaraq, Valverde Joze Mourinyo komandaya daha çox fayda verəcəyini düşündüyü zaman sağ cinah müdafiəçisi kimi çıxış etməyə də hazır olduğunu göstərib.
Razılaşma təkcə müqavilənin müddətinin uzadılması ilə məhdudlaşmır. Maliyyə baxımından da futbolçunu ciddi dəyişiklik gözləyir. Belə ki, Valverde komandanın ən yüksək maaş alan oyunçularından birinə çevriləcək. Ağ forma geyinməyi hər zaman arzulayan futbolçu üçün bu, yeni status deməkdir.
Bu mövsüm “Real”da müqavilələrin yenilənməsi prosesi davam edir. Klub artıq Arda Güler və Orelyen Tçuameninin yeni müqavilələrini rəsmən açıqlayıb.
