Bu gün, noyabrın 20-də UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün pley-off və pley-out mərhələlərinin püşkü atılıb. Futbol azarkeşlərinin xüsusi diqqəti A Liqasının 1/4 final mərhələsinin cütlərinə yönəlib.
Püşkün nəticəsinə əsasən, komandalar aşağıdakı kimi qarşılaşacaqlar:
- İspaniya – Fransa
- Norveç – İngiltərə
- Niderland – Portuqaliya
- Belçika – Almaniya
Püşkatmadan sonra bukmeker kontorları turnirin qalibi ilə bağlı əmsalları yenidən hesablayıblar.
İdman.Biz xəbər verir ki, bukmekerlərin proqnozlarına əsasən, Millətlər Liqasının hazırkı mövsümünün əsas favoriti İngiltərə millisidir. Britaniyalıların turnirin qalibi olmaq ehtimalı 22 faiz qiymətləndirilir.
İkinci pillədə 20,3 faiz göstərici ilə İspaniya, üçüncü yerdə isə 19,2 faiz ehtimalla Fransa qərarlaşıb.
Almaniya millisi 11,3 faizlə dördüncü, Portuqaliya isə 10,3 faizlə beşincidir.
