“Mançester Yunayted” klubu 26 yaşlı “Milan”ın hücumçusu Rafael Leao ilə maraqlanır.
İdman.Biz-in xəbərinə görə, bu barədə insayder Ekrem Konur bildirib.
İtaliya klubu hücumçu üçün danışıqlara açıqdır və müqavilənin 175 milyon avroluq sərbəst qalma bəndi var. “Milan” portuqaliyalı hücumçudan 40-50 milyon avro almağı gözləyir. Klub hazırda çətin maliyyə vəziyyətindədir və əsas oyunçular üçün təkliflərə açıq olacaq.
Bu mövsüm Leao bütün yarışlarda 30 oyuna çıxıb, 10 qol vurub və üç məhsuldar ötürmə edib. Transfermarkt-a görə, onun bazar dəyəri 65 milyon avrodur.
