Rudiger “Real Madrid”lə müqaviləsini uzadıb

19 May 2026 01:36
156
Rudiger “Real Madrid”lə müqaviləsini uzadıb

“Real Madrid”in mərkəz müdafiəçisi Antonio Rüdiger Madrid klubu ilə müqavilənin müddətini uzadıb.

İdman.Biz-in AS-a istinadən verdiyi məlumata görə, 33 yaşlı əsas oyunçu daha bir mövsüm “Los Blancos”da qalacaq.

Qeyd edək ki, son illərdə oyunçu Səudiyyə Ərəbistanı da daxil olmaqla digər klublardan sərfəli təkliflər alıb, lakin karyerasını Madriddə davam etdirmək niyyətindədir.

Çılğın və sərt xarakteri ilə tanınan Rüdiger 2022-ci ildən “Real Madrid”də oynayır. “Kral Klubu”nda 182 matçda səkkiz qol vurub və dörd məhsuldar ötürmə edib.

İdman.Biz