“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının 38-ci turunun bazar günü “Aston Villa” ilə oyunundan (24 may) sonra klubun baş məşqçisi vəzifəsindən istefa verəcək.
İdman.Biz bu barədə Daily Mail-ə istinadən bildirir.
Mənbənin məlumatına görə, Qvardiolanın gedişinin rəsmi təsdiqi 24 may bazar günü gözlənilir. Qvardiolanın İngiltərə futboluna verdiyi töhfəni şərəfləndirmək üçün 25 may bazar ertəsi günü açıq avtobus paradı planlaşdırılır.
Məşqçinin müqaviləsinin bitməsinə bir il qalıb və onun klubda başqa bir vəzifədə davam etməsi mümkündür. Qvardiolanın yerinə namizədlər arasında “Çelsi” eks-meneceri Enzo Mareska və “Bavariya”nın çalışdırıcısı Vensan Kompani də var.
“Mançester Siti” Premyer Liqa çempionluğu uğrunda “Arsenal”la mübarizəni davam etdirir. “Topçular” Premyer Liqa turnir cədvəlinə 79 xalla başçılıq edir və iki xal geridədirlər.
16 may şənbə günü Qvardiolanın komandası "Çelsi"ni 1:0 hesabı ilə məğlub edərək İngiltərə Kubokunu qazanıb.
