“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone klubdan ayrılan 35 yaşlı hücumçu Antuan Qrizmann haqqında danışıb.
İdman.Biz bildirir ki, Antuan Qrizmann bu yaydan etibarən azad agent kimi transfer etdiyi “Orlando Siti” klubunda oynayacaq.
“Futbolçularla münasibətləri izah etmək çətindir. Biz Antuanla dost deyilik, amma ona hörmət edirəm. Hər həftə birlikdə şam yeməyi yeyirik. Antuanı həmişə sevmişəm. Ona güvənirəm və düşünürəm ki, ona güvənməkdə haqlı idim", - deyə “Marca” Simeonenin sözlərini sitat gətirir.
Antuan “Atletiko Madrid”də 212 qol vuraraq İspaniya Superkubokunu (2014), Avropa Liqasını (2018) və UEFA Superkubokunu (2018) qazanıb.
