“Borussiya Dortmund”un baş məşqçisi Niko Kovaç komandasının gələn mövsüm çempionluq şansları ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz-in məlumatına görə, o, komandanın çox güman ki, “Bavariya” ilə rəqabət apara bilməyəcəyini qeyd edib.
“Borussiya” 2025/26 mövsümünü Bundesliqada Münhen komandasından 16 xal geridə, ikinci yerdə başa vurub.
“Başa düşürəm ki, onlar bizdən daha yüksək, daha irəli və daha sürətli irəliləməyi gözləyirlər. Lakin gələn il “Bavariya”ya rəqib olacağımızı gözləməməliyik. Realist olmağı üstün tuturam: Münhen klubunun büdcəsi xeyli böyükdür və heyəti daha parlaqdır”, - deyə “Bayern & Germany” Kovaçın sosial media hesabından sitat gətirib.
