“Beşiktaş”ın baş məşqçisi istefaya göndərilib

18 May 2026 18:45
114
“Beşiktaş”ın baş məşqçisi istefaya göndərilib

Türkiyənin “Beşiktaş” futbol klubu baş məşqçi Sergen Yalçınla yollarını ayırıb.

İdman.Biz Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb komandanın mövsümü uğursuz başa vurması olub.

“Ağ-qaralar” Super Liqada sezonu 60 xalla dördüncü pillədə bitirib. Türkiyə Kubokunda isə “Qara qartal” mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, mütəxəssis bu posta mövsümün əvvəlində təyin olunmuşdu.

İdman.Biz