Fransanın “Pari Sen-Jermen” klubu hücumçu Usman Dembelenin vəziyyəti ilə bağlı tibbi arayış açıqlayıb.
İdman.Biz xəbər verir ki, hücumçu dünən, mayın 17-də keçirilən və PSJ-nin 2:1 hesablı məğlubiyyəti ilə nəticələnən Fransa çempionatının 34-cü turunda “Paris”ə qarşı oyunun 27-ci dəqiqəsində əvəzlənib.
Klub rəsmi saytında verdiyi açıqlamada bildirib ki, “Usman Dembele dünən axşam “Paris”lə oyunda sağ baldırındakı əzələ narahatlığı səbəbindən ehtiyat tədbiri olaraq əvəzlənib. O, yaxın günlərdə müalicə alacaq”.
“Qızıl top” mükafatının sahibi ilk hissənin ortalarında hücumçu Qonsalo Ramuşla əvəzlənib.
30 mayda PSJ UEFA Çempionlar Liqasının finalında “Arsenal”la qarşılaşacaq. Dembele bu mövsüm bütün turnirlərdə 39 oyunda meydana çıxıb, 19 qol vurub və 11 məhsuldar ötürmə edib.
