Rəsmi: “Barselona” Fliklə müqaviləni uzatdı

18 May 2026 18:30
117
Rəsmi: “Barselona” Fliklə müqaviləni uzatdı

“Barselona” futbol klubu baş məşqçi Hans-Diter Flikin müqaviləsini uzadıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniyalı mütəxəssisin yeni müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Müqavilə bu gün "Barselona"nın qərargahında klubun idman direktoru Rafael Yuste, futbol direktoru Deku və idman komissiyasının digər üzvlərinin iştirakı ilə imzalanıb.

İmzalanma mərasimində prezident Xuan Laporta da iştirak edib.

Qeyd edək ki, H. Flik 2024-cü ilin yayından bəri “Barselona”ya rəhbərlik edir.

İdman.Biz