“Zəngəzur” klubu İkinci Liqaya vəsiqə qazanıb

“Zəngəzur” klubu İkinci Liqaya vəsiqə qazanıb

AFFA Region Liqasının qalibi bəlli olub.

İdman.Biz xəbər verir ki, finalda “Marafon”u 2:1 hesabı ilə məğlub edən “Zəngəzur” turnirin çempionu adını qazanıb.

Bununla da komanda növbəti mövsümdə İkinci Liqada iştirak hüququ əldə edib.

Region Liqasında bürünc medallara “Şəfəq”i 4:1 hesabı ilə üstələyən “Biləsuvar” komandası sahib çıxıb.

İdman.Biz