İspaniyanın “Barselona” futbol komandasının yarımmüdafiəçisi Fermin Lopes 2026-cı il Dünya Çempionatını buraxmaq təhlükəsi ilə üzləşib.
İdman.Biz xəbər verir ki, 23 yaşlı futbolçu ötən gün zədə alıb və sağ ayağının beşinci daraq sümüyündə güclü ağrı hiss etdiyi üçün fasilədə oyunu davam etdirə bilməyib.
Lopesin durumu ilə bağlı bu gün tibbi müayinələr keçirilib və onun əməliyyat olunması zərurəti yaranıb.
Bu səbəbdən ispaniyalı futbolçunun Dünya Çempionatında iştirakı sual altına düşüb.
