Prezident İlham Əliyev Bakıda FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir - VİDEO

24 Oktyabr 2026 19:32
109
Prezident İlham Əliyev Bakıda FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının (FIFA U-15 World Cup and Festival) rəsmi açılış mərasimi başlayıb.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, oktyabrın 24-də Bakı Kristal Zalında keçirilən mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino izləyirlər.

Qeyd edək ki, Azərbaycan yığması turnirdə ilk oyununu bu gün Bakı Kristal Zalında Timor-Leste yığmasına qarşı keçirəcək.

189 ölkənin iştirakı və minə yaxın oyunun keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif ölkələrindən gənc futbolçuları bir araya gətirəcək.

İdman.Biz