“Kasımpaşa” “Eyüpspor”u məğlub edərək beşinci pilləyə yüksəldi - YENİLƏNİR

24 Oktyabr 2026 17:10
125
“Kasımpaşa” “Eyüpspor”u məğlub edərək beşinci pilləyə yüksəldi - YENİLƏNİR

“Kasımpaşa” Türkiyə çempionatının doqquzuncu turunda səfərdə “Eyüpspor” üzərində 1:0 hesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, qarşılaşma oktyabrın 24-də İstanbulun “Esenyurt Necmi Kadıoğlu” stadionunda keçirilib.

İlk hissədə Lenni Pintor qonaqların qapısına iki dəqiq zərbə endirib. Lakin hesabı açan tərəf “Kasımpaşa” olub: 37-ci dəqiqədə polşalı hücumçu Adrian Benediçak fərqlənib. Komandalar fasiləyə qonaqların minimal üstünlüyü ilə yollanıblar.

47-ci dəqiqədə Benediçak yenidən qapıya dəqiq zərbə endirsə də, fərqi artıra bilməyib. “Eyüpspor” final fitinədək hesabı bərabərləşdirə bilməyərək çempionatda ardıcıl altıncı məğlubiyyətini alıb.

Ardıcıl ikinci qələbəsini qazanan “Kasımpaşa” xallarının sayını 16-ya çatdırıb və müvəqqəti olaraq beşinci pilləyə yüksəlib. Bir oyun az keçirən “Fənərbağça” və “Trabzonspor”un da eyni sayda xalı var.

“Eyüpspor” isə doqquz görüşdən sonra üç xalla sonuncu — 18-ci pillədə qalır. Komanda mövsümün əvvəlindən səkkiz oyunda məğlub olub, cəmi iki qol vurub və qapısından 23 top buraxıb.

İdman.Biz