Azərbaycan millisi U-15 dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb - VİDEO

24 Oktyabr 2026 20:59
116
Azərbaycan millisi U-15 dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət komandası Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında ilk oyununa çıxıb.

İdman.Biz xəbər verir ki, Famil Xəlilovun rəhbərlik etdiyi kollektiv Bakı Kristal Zalında Timor-Leste yığması ilə qarşılaşıb və 6:0 hesablı qələbə qazanıb.

Millimizin heyətində Müşfiq Zamanov və Həsən Məhmədov hərəyə iki qol vurublar. Yusif Əlizadə və Asif Allahverdizadə də fərqləniblər.

Azərbaycan komandası növbəti oyunlarını oktyabrın 25-də keçirəcək. Yığmamız saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya ilə üz-üzə gələcək. Hər iki qarşılaşma Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq.

Oktyabrın 26-da millimiz eyni meydançada saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, U-15 dünya çempionatı oktyabrın 30-da başa çatacaq.

İdman.Biz