Futbol üzrə Xorvatiya millisi 2026-cı il dünya çempionatı üçün heyətini açıqlayıb.
İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, siyahıya 26 əsas futbolçu və yeddi ehtiyat oyunçu daxil edilib. Heyətdə diqqət çəkən məqamlardan biri “Milan”ın 40 yaşlı yarımmüdafiəçisi Luka Modriçin də yer almasıdır.
Təcrübəli futbolçu daha əvvəl 2006, 2014, 2018 və 2022-ci illərdə keçirilən dünya çempionatlarında iştirak edib. Xorvatiya millisi 2018-ci ildə finala qədər irəliləmiş, Moskvanın “Lujniki” stadionunda keçirilən həlledici görüşdə Fransaya 2:4 hesabı ilə məğlub olmuşdu.
Xorvatiya millisi DÇ-2026-da qrup mərhələsində İngiltərə, Panama və Qana ilə qarşılaşacaq.
