“Kəpəz”də ayrılıq dalğası: Bağırovun gətirdikləri də gedir?

18 May 2026 17:11
148
“Kəpəz”də ayrılıq dalğası: Bağırovun gətirdikləri də gedir?

Azərbaycanın “Kəpəz” futbol klubunda baş məşqçi Azər Bağırovla bağlı qərardan sonra heyətdə də dəyişikliklər gündəmə gəlib.

İdman.Biz sport24.az-a istinadla xəbər verir ki, 41 yaşlı mütəxəssisin mövsümün gedişində komandaya gətirdiyi bəzi futbolçuların Gəncə təmsilçisində qalması sual altına düşüb.

Söhbət Mate Abuladze, Rauf Hüseynli və Rəhman Hacıyevdən gedir. Bağırov postunda qalacağı halda bu futbolçularla yola davam etmək istədiyini klub rəhbərliyinə bildirib.

Lakin tərəflər arasında aparılan danışıqlar müsbət nəticə vermədiyi üçün mütəxəssis son turda “Neftçi” ilə oyundan sonra komanda ilə vidalaşacaq.

Adıçəkilən futbolçuların məhz Azər Bağırovun istəyi ilə heyətə cəlb edilməsi onların da komandadakı gələcəyini qeyri-müəyyən vəziyyətə salıb.

İdman.Biz