Mbappe “Real Madrid”də satış siyahısına düşüb - FOTO

18 May 2026 16:54
103
Mbappe “Real Madrid”də satış siyahısına düşüb - FOTO

İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Kilian Mbappe ilə bağlı qalmaqallı iddia gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, klub prezidenti Florentino Peresin fransalı futbolçunu satış siyahısına saldığı bildirilir. Məlumata görə, Madrid təmsilçisi Mbappe üçün 250 milyon avro (500 milyon AZN) tələb etməyə hazırdır.

Son həftələrdə ulduz futbolçu azarkeşlərin narazılığı ilə üzləşib. “Real Oviedo” ilə matçda onun adı elan olunarkən tribunlardan fit səsləri yüksəlib. Bundan əlavə, azarkeşlər petisiya açaraq onun klubdan göndərilməsi üçün 10 milyonlarla imza toplayıblar.

Mbappenin “El Klasiko” öncəsi sevgilisi Ester Eksposito ilə İtaliyaya istirahətə getməsi də İspaniyada müzakirələrə səbəb olub. Yerli mətbuatda komanda daxilində bəzi futbolçuların fransalı hücumçunun xüsusi münasibət görməsindən narazı qaldığı iddia edilir.

İdman.Biz