AFFA Region Liqasının üçüncü yer uğrunda matçında “Biləsuvar” futbol komandası “Şəfəq”lə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, görüş “Biləsuvar”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra “Biləsuvar” Region Liqasında üçüncü yerin sahibi olub. “Şəfəq” isə mövsümü dördüncü pillədə tamamlayıb.
Qeyd edək ki, finalda “Zəngəzur” və “Marafon” kollektivləri görüşəcəklər. Qarşılaşma bu gün Şamaxı şəhər stadionunda, saat 16:00-da başlayacaq.
