“Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubu unikal edən amillərlə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, bazar günü, 17 may tarixində katalonlar La Liqanın 37-ci turunda keçirilən ev oyununda “Betis”i 3:1 hesabı ilə məğlub edərək titulunu vaxtından əvvəl qazanıblar. “Barselona” liqa tarixində bir mövsümdə 19 ev oyunundan 19-da qalib gələn ilk komanda olub.
“Mənim fikrimcə, gördüyünüz işə inam var. Heç kim sizə heç nəyi məcbur etmir - onlar sizə inanırlar. Oyunçular arasındakı bağ fantastikdir.
“Barselona” dünyanın ən yaxşı klubudur və Barselonadakı insanlar inanılmazdır. Hər gün küçələrdə gəzəndə insanların nə qədər mehriban olduğunu görürəm. Bu, ürəkdən gəlir - bunu hiss etmək olar. Bu inanılmazdır. Buna görə də insanlar "Barselona"nı çox sevirlər. Klub isə hər kəsin bütün qəlbi ilə çalışdığı bir yerdir. Bizim üçün bir az çətin idi, amma qalib gəlmək istəyirdik və “Betis” kimi fantastik bir komandaya qarşı necə müdafiə olunduğumuzu görmək inanılmazdır”, - deyə AS Flikdən sitat gətirib.
Bu gün, 18 may tarixində, “Barselona” baş məşqçi Hans-Diter Flik ilə müqaviləni uzadıb. Bu barədə “blauqrana”nın mətbuat xidməti komandanın rəsmi saytında məlumat yayıb. Alman məşqçinin yeni müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir və əlavə bir mövsüm üçün seçim imkanı da var. Flik 2024-cü ilin yayından komandaya rəhbərlik edir.
