“Arsenal” qələbə sayəsində “Siti” ilə xal fərqini artırıb - VİDEO

19 May 2026 00:58
140
“Arsenal” qələbə sayəsində “Siti” ilə xal fərqini artırıb

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 37-ci turunda “Arsenal” və “Börnli” arasında keçirilən oyun başa çatıb. “Topçular” 1:0 hesabı ilə qalib gəliblər.

İdman.Biz bildirir ki, oyun Londondakı “Emirates” stadionunda baş tutub.

Matçın yeganə qolunu 37-ci dəqiqədə Kay Havertz vurub.

“Arsenal” İngiltərə Premyer Liqasında 37 oyundan 82 xalla liderdir. Onlar sona bir oyun qalmış “Mançester Siti”dən beş xal irəlidədirlər, lakin sonuncuların ehtiyatda bir oyunları var. “Börnli” 21 xalla turnir cədvəlində 19-cu yerdədir. Komanda artıq Premyer Liqanı tərk edib.

İdman.Biz