Londonun “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta Pep Qvardiolanın “Mançester Siti”dən mümkün ayrılığı ilə bağlı suala cavab verib.
İdman.Biz BBC-yə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis keçmiş rəhbərinin gələcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Daha əvvəl KİV-də Qvardiolanın 2025/26 mövsümünün sonunda “Mançester Siti”nin baş məşqçi postundan ayrılacağı barədə məlumat yayılmışdı. Bildirilir ki, 55 yaşlı mütəxəssisin gedişi mayın 24-də rəsmi açıqlanacaq. Məqsəd ispaniyalını İngiltərə Kubokundakı qələbəyə həsr olunacaq parad zamanı xüsusi şəkildə yola salmaqdır. Tədbir mayın 25-də keçiriləcək.
Məlumata görə, “şəhərlilər” artıq sponsorlarına kataloniyalı çalışdırıcının mövsümün sonunda ayrılmasının qaçılmaz olduğunu bildiriblər.
“Bu qərarı qəbul edən kimi, biz bunu müzakirə edə bilərik”, - deyə Arteta vurğulayıb.
Qeyd edək ki, Arteta 2016-2019-cu illərdə Qvardiolanın köməkçisi kimi fəaliyyət göstərib.
